Konqoda Eboladan ölənlərin sayı 500 ə yaxınlaşır

05.07.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2% olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətində yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью