Konqoda Eboladan ölənlərin sayı üç mini keçdi

02.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı 3 min nəfəri keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.

Son hesabata əsasən, infeksiyanın fəsadları səbəbindən 3 007 nəfər dünyasını dəyişib, ölüm səviyyəsi isə 48.6% təşkil edir. Xəstələrdən 1 400-dən çoxu sağalıb, daha 830 nəfər isə xəstəxanalara yerləşdirilib. Marqarita pizza

Qeyd edək ki, Ebola epidemiyası rəsmi olaraq mayın 15-də ölkənin İturi əyalətində elan edilib. Daha sonra virus ölkənin digər bölgələrinə və qonşu Uqandaya da yayılıb.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada xəstəliyin artıq başa çatdığını bəyan edib./Oxu.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью