Konqoda faciə 227 nəfər öldü

31.01.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasının (KDR) şərqində, “23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью