Konqoda naməlum xəstəlik 50 dən çox insanın ölümünə səbəb olub

26.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasının şimal-qərbində son beş həftə ərzində naməlum xəstəlikdən 50-dən çox insan həyatını itirib.

Bakıvaxtı.az bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadla xəbər verir.

Məlumatda bildirilib ki, xəstəlik ilk olaraq yarasa yeyən üç uşaqda yaranıb:

"Fevralın 16-na olan məlumata görə, iki ayrı epidemiyada ümumilikdə 431 yoluxma və 53 ölüm qeydə alınıb",- açıqlamada qeyd edilib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью