Статья не опубликована
Konqoda naməlum xəstəlik səbəbindən 140dan çox insan həyatını itirib | Icma.az

Konqoda naməlum xəstəlik səbəbindən 140dan çox insan həyatını itirib

03.12.2024

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Konqo Demokratik Respublikasının cənub-qərb əyalətində 143 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kvanqo əyaləti qubernatorunun müavini Remi Saki və yerli Səhiyyə Nazirliyinin rəhbəri Apollinaire Yumba bir gün əvvəl bildiriblər ki, yoluxmuş insanlarda yüksək hərarət və şiddətli baş ağrıları da daxil olmaqla qripə bənzər simptomlar var.

Xəstəliyin müəyyən edilməsi üçün analizlərin aparılması üçün zonaya həkim briqadasının göndərildiyi qeyd edilib. Eyni zamanda, yoluxanların sayı artmaqda davam edir.

Mövsüm

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью