Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb

17.11.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Konqo Demokratik Respublikasının (KDR) Mədən Naziri Luis Uatum Kabamba və onun heyətini daşıyan təyyarə "Kolwezi" aeroportuna eniş zamanı zolaqdan çıxıb və alovlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat katibi açıqlama yayıb.

Məlumata görə, təyyarədə olan təxminən 20 nəfər sərnişin yanğın başlamazdan əvvəl təhlükəsiz şəkildə təxliyə edilib, lakin baqaj zədələnib.

Bildirilib ki, Kabamba və digər rəsmilər "Kolwezi" mədəninə gedirdilər. Sözügedən mədəndə bir neçə gün əvvəl baş vermiş mədən qəzasında çox sayda işçi həlak olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью