Konqoda torpaq sürüşməsi: ölənlər var | Icma.az
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Konqo Demokratik Respublikasının şərq hissəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı doqquz nəfər ölüb.Bu barədə Bakupost.az -a xarici mətbuata istinadən xəbər verir.
Ölkənin şərq regionunun rəhbəri Tomas Bakenqa ölənlərin yeddisinin uşaq olduğunu bildirib.
O, qeyd edib ki, Cənubi Kivu əyalətinin Kabulu bölgəsində qeydə alınan hadisə nəticəsində ölənlər qadın və yeddi uşağıdır.
Hadisə zamanı həmçinin itkin düşənlər var. Onların axtarışı və xilasetmə işləri davam edir.
Bildirilir ki, güclü yağış və torpaq sürüşmə nəticəsində ölənlərin sayı arta bilər.
Yerli qeyri-hökumət təşkilatlarından biri bildirib ki, təbii hadisə nəticəsində 31 ev zərər çəkib.
Təşkilat güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.
Tam oxu
Xəbəri oxu