Konqoda xolera xəstəliyinə yoluxanların sayı artıb

16.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 16 iyul, AZƏRTAC

Konqo Demokratik Respublikasında bu ilin əvvəlindən xoleraya 35 mindən çox yoluxma halı qeydə alınıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin səhiyyə naziri Roje Kamba bunu ölkədə xəstəliyin yayılmasında ən kəskin mərhələ adlandırıb.

Nazir qeyd edib ki, xolera bu il, xüsusilə sürətlə yayılıb və əsasən 17 milyondan çox əhalisi olan paytaxt Kinşasada geniş vüsət alıb. Epidemiyanın əsas səbəbləri kimi təkrarlanan daşqınlar, içməli su çatışmazlığı, kanalizasiya sisteminin acınacaqlı vəziyyətdə olması və əhalinin kütləvi köçü göstərilib.

Nazir risklərin azaldılması məqsədilə sərhəd məntəqələrində epidemioloji nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью