Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək ara seçkilərin ədalətli olacağı təqdirdə nəticələrini tanıyacağını açıqlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Tramp seçki kampaniyası üçün Texasa səfəri zamanı bildirib ki, respublikaçılar Konqres üzərində nəzarəti itirərsə, demokratlarla işləməyə hazır olacaq.
Eyni zamanda, o, prezident kimi qanunvericilik təşəbbüsləri üzərində güclü veto hüququna malik olduğunu da xatırladıb.