Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Konqresinin yeni tərkibi ölkə tarixində ən çox cinsi azlıq mənsubunun yer aldığı qanunverici orqan kimi tarixə düşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bərabərhüquqluluq üzrə parlament qrupu məlumat yayıb.
"Bildiyimiz qədər, 120-ci Konqres rəsmi olaraq tarixdəki ən çox cinsi azlıq nümayəndəsi olan Konqres olacaq", - deyə "X" sosial şəbəkəsindəki açıqlamada vurğulanır.
Dəqiqləşdirilmiş məlumatlara görə, hazırda Konqresdə 14 LGBT nümayəndəsi var, lakin yeni tərkibdə bu göstərici ən azı 17 nəfərə çata bilər.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-də Konqresə keçirilən aralıq seçkidə Demokratlar Partiyası inamlı qələbə əldə edib.