Konqresmen Trampa qarşı impiçment başlatmaq niyyətindədir

05.03.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın Konqresdəki çıxışını kəsməyə çalışan ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Al Qrin impiçment proseduruna başlamaq niyyətindədir.

525.az xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

Trampın Konqresdəki çıxışı zamanı xüsusilə o, Medicaid səhiyyə proqramının ixtisarına etiraz edib və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə zaldan çıxarılıb.

Konqresmen jurnalistlərə deyib ki, Trampa qarşı impiçment proseduruna başlamaq niyyətindədir: “Bu prezident yararsızdır, o, vəzifədə olmamalıdır. 34 cinayət işi, iki dəfə impiçment edilib”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью