Konqresmen Trampın impiçmentini tələb edəcək

04.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ Nümayəndələr Palatasının üzvü Sammer Li (Pensilvaniya ştatından demokrat) Demokrat Partiyasının ara seçkilərdəki uğurundan sonra ABŞ Prezidenti Donald Trampa qarşı impiçment irəli sürəcəyi öhdəliyini açıqlayıb.

Məlumatı TASS verib. 

“Mən ən yuxarıdan - Donald Trampdan başlamaq istəyirəm. Daha sonra isə onunla əlaqəli olan, etdiyi işi görməsinə imkan verən və ya qanunsuz fəaliyyətlə məşğul olmaqda onunla birlikdə hərəkət edən hər kəsə keçərik”, - deyə konqresmen “Politico”-ya mümkün impiçment barədə suala cavab olaraq bildirib.

Nəşrin qeyd etdiyi kimi, hələ yayda konqresmen Ceymi Raskin (demokrat, Merilend) prezidentin hakimiyyətdən uzaqlaşdırılması ehtimalını istisna etmədiyini bildirmişdi.

“Lakin siyasətçilərin iddialarına baxmayaraq, Demokrat Partiyası Senatda super çoxluq qazana və impiçmenti həyata keçirə bilməyəcək”, - “Politico” hesab edir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью