Konsert fırıldaqçılığı: Biletləri etibarlı platformalarından almın

10.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə son günlər İsrail müğənnisi Sarit Hadadın adından istifadə edilən saxta reklam kampaniyası yayılıb.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, fırıldaqçılar istifadəçilərə guya müğənninin konsertinə bilet almağı təklif edir və onları saxta internet səhifəsinə yönləndirirlər. Həmin saytda bilet rəsmiləşdirmək adı ilə şəxsi məlumatların daxil edilməsi tələb olunur.

Məlumatları təqdim etdikdən sonra istifadəçi ilə özünü dəstək xidməti əməkdaşı və ya bilet satıcısı kimi təqdim edən şəxslər əlaqə saxlayır. Onlar sifarişi təsdiqləmək bəhanəsi ilə əlavə məlumatlar, o cümlədən maliyyə məlumatları əldə etməyə çalışırlar.

Mütəxəssislər bildirirlər ki, bu cür sxemlərin əsas məqsədi istifadəçilərin bank hesablarına və ödəniş məlumatlarına çıxış əldə etmək ola bilər.

İstifadəçilərə şübhəli reklamlardakı keçidlərə daxil olmamaq, biletləri yalnız rəsmi təşkilatçı saytlarından və etibarlı bilet platformalarından almaq tövsiyə olunur. Həmçinin bank kartı məlumatlarını, təsdiq kodlarını və birdəfəlik parolları üçüncü şəxslərlə paylaşmamaq vacibdir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью