Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Reper Kanye Uestin Almatıda keçirilməsi planlaşdırılan konserti əlverişsiz hava şəraiti və ehtimal ki, elektrik enerjisi ilə bağlı problemlər səbəbindən avqustun 15-nə təxirə salınıb.
OLAY yazır ki, konsertin sabah baş tutacağını sənətçinin özü X sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.
“Almatı sakinlərinə. Hava şəraiti ilə əlaqədar bugünkü konsert sabaha təxirə salınır. Sağlamlıq və təhlükəsizlik prioritetdir. Sabah görüşərik!” deyə o yazıb.