Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Texasda 16 yaşlı qız sevimli "One Direction" qrupunun konsertinə qatıldıqdan sonra nəfə
Gənc qız ertəsi gün təcili yardıma gedib və həkimlərə konsert zamanı yüksək səslə qışqırdığını bildirib.
“Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, qız xəstəxanaya gəlməzdən əvvəl boğazında ağrı və döş qəfəsində narahatlıq hiss etməyib.
Bu hadisədən əvvəl ona 1-ci tip şəkərli diabet diaqnozu qoyulub, amma ağ ciyər xəstəliyi olmayıb.
Həkimlər xəstəni müayinə edəndə tənəffüs sürətinin artdığını, lakin səsinin normal olduğunu müşahidə ediblər.
Boyun və sinə nahiyəsinə toxunduqda dərinin altında "krepitus" (diz oynaqlarında çatlama və ya cızıltı səsləri üçün tibbi termin) adlanan səs eşidilib.
Bu səsə ağciyərlərdən sızan və dərinin altında toplanan kiçik hava qabarcıqları səbəb olur.
X-şüaları hava qabarcıqlarının ölçüsünü və yerini göstərdi: Onlar boğazının arxasında, ağciyərləri ilə döş divarı arasında və ürəyinin ətrafında aşkar edilib.