Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
İngilis müğənnisi Harri Stayles ötən gün Londondakı "Wembley" stadionunda baş tutan konserti zamanı pərəstişkarlarını qorxudub.
OLAY yazır ki, havanın həddindən artıq isti keçməsi konsertdə xoşagəlməz hadisə yaşadıb.
Məşhur müğənni şousunun bir hissəsi olan su püskürtmə hərəkətini edərkən suyun boğazına qaçması nəticəsində qəfil özünü pis hiss edib.
32 yaşlı müğənni qısa müddət sonra özünə gəlib, ayağa qalxaraq yaxşı olduğunu göstərib.