Konsertində telefon kameraları xarab oldu

01.10.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Rusiyanın Rostov-na-Donu şəhərində “Ruki Vverx!” qrupunun konsertinə gedən tamaşaçıların telefonlarının lazerlər səbəbindən sıradan çıxdığı iddia edilir.

Axşam.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Anna adlı tamaşaçının sözlərinə görə, o, Sergey Jukovun konsertinə üç dostu ilə birlikdə gedib. Konsertdən sonra dörd nəfərin telefonlarının kameraları işləməyib. Onlardan üçünün “iPhone 17 Pro Max”, birinin isə “Android” cihazı olduğu bildirilib.

Tamaşaçı iddia edib ki, analoji problemlə qarşılaşan digər şəxslər də olub. Onun sözlərinə görə, konsertin əvvəlində işıq və lazer avadanlıqlarının telefonlara zərər verə biləcəyi ilə bağlı xəbərdarlıq edilməyib.

Müğənninin meneceri isə açıqlamasında bildirib ki, kameraları zədələnən yalnız dörd tamaşaçıdan xəbərdardırlar. O, həmçinin işıq şousunun artıq bir neçə şəhərdə nümayiş etdirildiyini və proqramın ləğv edilməyəcəyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью