Icma.az bildirir, Olay.az portalına istinadən.
Türk müğənni Sılanın həftəsonu İzmir Kültürpark Açıq Hava Teatrında verdiyi konsertdə xüsusi qonağı olub.
OLAY yazır ki, məşhur sənətçinin 101 yaşlı nənəsi Süheyla xanım da konserti izləyib.
“Bu axşam mənim üçün çox özəl bir axşamdır. Mənə sürpriz ediblər. Son anda xəbərim oldu. Nənəm buradadır” deyən sənətçi səhnədən enərək Süheyla xanımın yanına gedib.