Konsertinə 5 ay əvvəldən bütün biletlər satıldı

07.06.2025

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konsertinə 5 ay əvvəldən bütün biletlər satıldı

Xalq artisti Röya Ayxanın Heydər Əliyev Sarayında baş tutması planlaşdırılan konsertinə bütün biletlər satılıb.

OLAY yazır ki, bu barədə estrada ulduzu özü məlumat yayıb.

O bildirib ki, bütün biletlər satıldığı üçün konsert proqramı bir gün artırılmalı olub.

Qeyd edək ki, konsert 31 oktyabr və 1 noyabr tarixlərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью