Konsertlərini təxirə saldılar

25.12.2024

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konsertlərini təxirə saldılar

Daha bir neçə mədəni tədbir və konsert təxirə salınıb.

OLAY yazır ki, Avroviziya qalibimiz Nigar Camal ADNSU-da baş tutması planlaşdırılan konsertini ləğv edib. Bu barədə o, özü məlumat yayıb:

“Bu gün ADNSU-da gerçəkləşdirilməsi planlaşdırılan konsertimiz rəhbərliyin və bizim ortaq qərarımızla təxirə salındı. Allah rəhmət eləsin!”.

Həmçinin Əməkdar artist Dilarə Əliyeva 26 dekabrda keçirilməsi planlaşdırılan şousunu Matəm günü ilə əlaqədar olaraq başqa tarixə keçirib:

“Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sabah üçün planlaşdırılan “Dilarənin Yeni il hədiyyəsi" adlı stand up konsertimiz faciə səbəbilə 4 yanvar tarixinə ertələnmişdir. Allah rəhmət eləsin!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью