Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək

15.10.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda konserv istehsalı sahəsində fəaliyyət göstərən “Sabirabad-konserv” ASC-də rəhbər dəyişikliyi məsələsinə baxılacaq. Şirkətin səhmdarlarının ümumi yığıncağında yeni icraçı direktorun seçilməsi nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı elanda bildirilir.

Qeyd edilib ki, “Sabirabad-konserv” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 16 oktyabr 2026-cı il tarixində saat 15:00-da keçiriləcək.

Yığıncağın gündəliyinə bir məsələ – şirkətə yeni icraçı direktorun seçilməsi daxil edilib.

Səhmdarların ümumi yığıncağı Sabirabad şəhəri, Vidadi küçəsi 1 ünvanında təşkil olunacaq.

Elanında yeni icraçı direktor vəzifəsinə namizədin adı, həmçinin hazırkı icraçı direktorla bağlı hər hansı məlumat açıqlanmayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью