Konseysaunun taleyinin necə olacağı bilindi

29.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari mövsüm hədəflərindən uzaq düşən "Milan" klubunun rəhbərliyi komandanın baş məşqçisi Serjiu Konseysau ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Calciomercato" yayıb.

Xəbərə görə, sözügedən mütəxəssis İtaliya Kubokunun final matçının -  "Bolonya" ilə oyunun nəticəsindən asılı olmayaraq, postunu tərk edəcək.

Qeyd edək ki, final qarşılaşması mayın 14-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью