Konstantinovka sizdədirsə, orada görüşək

04.07.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki vəziyyətlə bağlı bəyanatlarını yalan adlandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bildirib ki, ABŞ-nin Müstəqillik Günü ərəfəsində Putin dünya ictimaiyyətini və ABŞ Prezidentini aldatmağa çalışaraq Konstantinovkanın guya Rusiya ordusunun nəzarətinə keçdiyini iddia edib.

"Bu, həqiqətə uyğun deyil. Bu, sadəcə, gündəm yaratmaq üçün növbəti Rusiya yalanıdır", – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, əgər Konstantinovka həqiqətən də Rusiyanın nəzarətindədirsə, o zaman Putin orada onunla görüşərək müharibənin başa çatdırılması üçün diplomatik həll yollarını müzakirə edə bilər.

"Əgər Konstantinovka indi Rusiyanın nəzarətindədirsə, yəqin ki, Putin mənimlə orada görüşməkdə və nəhayət müharibəni bitirəcək diplomatik həll yollarını tapmaqda problem yaşamaz. Amma o, cəbhə xəttini keçməyəcək, çünki həqiqət Putinin dediklərindən tamamilə fərqlidir", – deyə Zelenski qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью