Konstitusiya dəyişiklikləri sülh sazişini sürətləndirə bilər

25.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanda konstitusiya dəyişiklikləri Azərbaycanla yekun sülh sazişinin imzalanmasını sürətləndirə bilər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyəti son vaxtlar sülh gündəliyini ön plana çəkir və Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində praktiki addımlar atır. Bu baxımdan Ermənistanda yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Ekspert bildirib ki, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların ləğv edilməsini prinsipial şərt kimi irəli sürüb. Hazırda Paşinyan hakimiyyəti də bu tələbin yerinə yetirilməsi istiqamətində addımlar atır.

O vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasını ölkəsi üçün prioritet hesab edir və bu istiqamətdə real nəticə əldə edə bilməyəcəyi təqdirdə istefa verməyə hazır olduğunu da bəyan edib.

Elçin Xalidbəyli: Paşinyan hakimiyyəti taleyüklü mərhələdən keçir

Elçin Xalidbəyli qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyan da konstitusiya islahatlarının aparılacağı təqdirdə Azərbaycanla yekun sülh sazişinin cəmi bir neçə gün ərzində imzalana biləcəyini açıqlayıb.

Siyasi şərhçinin fikrincə, hazırda sülh prosesinin qarşısındakı əsas maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu məsələ həllini taparsa, yekun sülh sazişinin imzalanması üçün ciddi əngəl qalmayacaq.

Ekspert əlavə edib ki, Ermənistanda bəzi siyasi dairələr, xüsusilə revanşist müxalifət qüvvələri bu prosesə müqavimət göstərirlər. Onun qənaətinə görə, həmin revanşist qüvvələr Rusiyanın təsiri altında hərəkət edərək sülh prosesinə mane olmağa çalışırlar.

Elçin Xalidbəyli hesab edir ki, yeni konstitusiya layihəsinin müzakirəsi zamanı revanşist qüvvələr ölkə daxilində qarşıdurma və hətta vətəndaş qarşıdurması yaratmağa cəhd göstərə bilərlər:

"Bu səbəbdən Paşinyan hakimiyyəti hazırda Ermənistanın gələcəyi baxımından olduqca mürəkkəb və taleyüklü mərhələdən keçir".

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью