Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 10 yanvar, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr
Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi
Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Elnur Mustafayev söyləyib.
Elnur Mustafayev bildirib ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir.
Bu iki əhəmiyyətli amil təkcə dövlətin hüquqi-iqtisadi və siyasi-ideoloji əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
Azərbaycan Respublikasında suverenlik və dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın sosial-iqtisadi rifahı üçün geniş imkanlar yaradır.
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəlikləri tələb kimi qarşıya qoyur.