“Konstitusiya və Suverenlik İli” münasibətilə 14589 şəxsə amnistiya şamil edilib

28.01.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İbtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub.

APA xəbər verir ki, Baş prokuror Kamran Əliyev bunu kollegiya iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью