Konsulluqlarla bağlı qaydalar dəyişir

07.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.Bu barədə məsələ Azərbaycanın Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycanın Konstitusiyasını, Azərbaycanın və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, "Diplomatik xidmət haqqında” Azərbaycanın Qanununu, bu Nizamnaməni və Azərbaycanın digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycanın və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью