Kontakt Home keyfiyyətsiz mal satdığına görə cəzalandırıldı RƏSMİ

09.01.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “ABC-Telecom” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Redaktor.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, şirkət tərəfindən keyfiyyətsiz (müqavilə şərtlərinə uyğun olmayan) mal satılıb və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью