“Kontakt Home” növbəti dəfə cərimələnir

06.02.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dəfələrlə cərimələnən “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkət bu dəfə İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Kontakt Home”la bağlı işə 12 fevral tarixində Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “ABC Telecom” MMC-nin Baş direktoru Elnur Allahverdiyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью