Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır. “Kontakt Home” mağazalar şəbəkəsinin göstərdiyi xidmət və məhsullarının keyfiyyət
Hurriyyet.az xəbər verir ki, şikayətçi Vüqar İskəndərov problemini sosial şəbəkələrdə ictimailəşdirib.
O bildirib ki, “Kontakt Home”dan 5 gün əvvəl aldığı kondisioner çatdırılıb, lakin hələ də gəlib quraşdıran olmayıb: “Müştəri xidmətlərindən tutmuş kondisioner ustasına qədər hamı çox peşəkar şəkildə yalan danışır.
Peşəkar olduğunuz yeganə məqam məhsulu satmaqdır. Ondan sonra müştəri unudulur. Bu, mənim o mağazadan son alış-verişim idi.
Bundan sonra heç bir çöp də alan deyiləm. Əlimdən gələni edəcəyəm ki, bütün ətrafımı oradan uzaq tutum.
Zamanına hörmət edən heç nə almasın o şəbəkədən. Ayıb olsun! İnsanlar sizə konfet kağızı vermir, pul xərcləyirlər.
Bunun qarşılığında isə zaman itkisi və əsəb verirsiniz. Unutmayaq ki, kəmiyyət keyfiyyət deyil!
Ən böyük məişət avadanlığı şəbəkəsi ola bilərsiniz, amma ən bərbad dəyərləri formalaşdırmısınız!” Digər müştəri Ziya Adilov isə aldığı məhsulun zay çıxmasından şikayətçidir: “Mənə Kontakt Home problemli Samsung A15 model telefonu satıb.