Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozan "ABC-Telecom" ("Kontakt Home" mağazalar şəbəkəsinin sahibi) MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Bu barədə Avtosfer.az-a Agentlikdən bildirilib.
Məlumata görə, protokollar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi, habelə reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin reklam olunması faktları üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi əsasında tərtib olunub.
Belə ki, "ABC-Telecom"un "Reklam haqqında" qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu üzə çıxıb.
428.10-cu maddə reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, həmçinin reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur.