Konte A seriyasının ən yaxşısıdır

24.05.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya A seriyasında 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Napoli"nin çalışdırıcısı Antonio Konte bütün həmkarlarını qabaqlayıb. Onun komandası ötən gecə 38-ci turda "Kalyari"yə qalib gələrək xallarının sayını 82-yə çatdırıb. Bununla da Neapol təmsilçisi çempion olub.

Qeyd edək ki, Konte 2024-cü ilin yayından "Napoli"nin baş məşqçisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью