Konte: Bizə təşəkkür etməlisiniz

15.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Napoli"nin baş məşqçisi Antonio Konte A seriyasının 32-ci turunda "Empoli"yə qalib gəldikləri matç (3:0) haqqında danışıb.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis komandasının İtaliya çempionatına nəfəs verdiyini deyib:

"Bu qələbə hər kəsin əməyinin nəticəsidir. Mən inanıram ki, təcrübə və xarizmaya malik oyunçular fərq yaradacaq və məsuliyyəti öz üzərinə götürəcək. Bunu bir az ironiya ilə deyirəm, amma siz bizə təşəkkür etməlisiniz. Biz çempionata nəfəs verirk. Əks-halda böyük başlıqlar olmazdı, çempionatın marağı itərdi".

32 matçdan sonra "Napoli" A seriyasının turnir cədvəlində 68 xalla 2-ci yerdədir. Sıralamaya 71 xalı olan "İnter" liderlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью