Konte İtaliya çempionunun xidmətindən imtina etdi

29.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Napoli" portuqaliyalı müdafiəçi Mariu Ruy ilə müqaviləni ləğv etməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Matteo Moretto yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı futbolçunu bu mövsüm rəsmi oyunlarda meydana buraxmayan baş məşqçi Antonio Kontenin planlarında yer almır. Futbolçu qış "transfer pəncərəsi"nin açıldıqdan sonra müqavilə öhdəliklərindən azad ediləcək. 

Ruy 2018-ci ildən "Napoli"də çıxış edir. O, bu müddətdə neapolluların heyətində 227 oyun keçirib, 3 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Mariu 2023-cü ildə "Napoli" ilə İtaliya çempionu titulunu qazanıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью