Konte Kvratsxeliyanın gedişini təsdiqlədi

11.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Napoli"nin baş məşqçisi Antonio Konte futbolçusu Xviça Kvaratsxeliyanın gələcəyi haqda danışıb. 

QOL.az xəbər verir ki, mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib: 

"Kvaratsxeliya bizə dedi ki, tərk etmək istəyir. Onunla danışdım və təsdiqləyə bilərəm ki, tez bir zamanda klubu tərk etmək istəyir. Mən onu qalmağa  inandırmağa çalışdım, lakin o, artıq qərarını verib. Hazırda klub və agenti prosesi həll etmək üçün çalışacaqlar. Əgər Xviça qalmaq istəmirsə, onu saxlamaq istəmirəm". 

Qeyd edək ki, daha öncə mətbuatda Xviça Kvaratsxeliyanın PSJ-yə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью