Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İtalyanın təcrübəli baş məşqçisi Antonio Konte gələcək karyerası və məşqçilik fəlsəfəsi ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, o, zəngin keçmişinə baxmayaraq, son illərdə uğursuzluqlarla üzləşən və öz tarixi köklərindən uzaqlaşan klublarda çalışmaqda maraqlı olduğunu bildirib.
Konte bu cür böhranlı vəziyyətdə olan komandaların sükanı arxasına keçərək onlara yeni nəfəs verməyi hədəflədiyini vurgulayıb. Sezar pizza
Məqsədinin həmin kulubların unudulmuş zəfər tarixini yenidən canlandırmaq və onları qısa müddətdə futbol elitasının zirvəsinə qaytarmaq olduğunu qeyd edən italyan çalışdırıcı, qarşıdakı dövrdə iddialı layihələrdə yer almağa hazır olduğunun mesajını verib.
Bir çoxları Kontenin bununla “Mançester Yunyated” və “Tottenhem”ə üstüörtülü mesaj verdiyini iddia edib.