Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyalı baş məşqçi Antonio Konte “Mançester Yunayted”lə danışıqlar apardığı barədə yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabında açıqlama yayaraq hazırda heç bir klubla danışıqların son mərhələsində olmadığını bildirib.
“Son günlər İtaliya və xarici KİV-lərdə yayılan məlumatlarla bağlı mövqeyimi aydınlaşdırmağı vacib hesab edirəm. Adım bir çox klublarla hallanıb, lakin hazırda heç biri ilə danışıqların son mərhələsində deyiləm.
“Napoli”də keçirdiyim möhtəşəm və uğurlu dövrdən sonra məşqçiliyə nə vaxt və necə qayıdacağımı düşünmək üçün özümə vaxt ayıracağam. Bu, şərtlərin uyğun olduğunu hesab etdiyim zaman verəcəyim, hərtərəfli düşünülmüş qərar olacaq.
Klublardan maliyyə tələbləri irəli sürdüyüm, tam nəzarət istədiyim və ya ‘çətin xarakterimlə’ bağlı narahatlıqlar olduğu barədə xəbərləri oxumuşam. Bu iddiaların heç bir əsası yoxdur və hazırda belə qiymətləndirmələr üçün real zəmin mövcud deyil" - deyə Konte bildirib.
Qeyd edək ki, Antonio Kontenin son klubu “Napoli” olub. O, 2026-cı ilin mayında klubdan ayrılıb.