Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Napoli”də baş məşqçi Antonio Konte postunda qala bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İtaliya klubunun prezidenti Aurelio De Laurentis bir neçə gün əvvəl Konte ilə görüşüb və müsbət danışıqlar keçib. Mütəxəssisin yaxın zamanda qərarını verəcəyi gözlənilir.
Konte “Napoli”ni A Seriyasında 2024/25 mövsümünün çempionu edib. Mütəxəssisin rəhbərliklə fikir ayrılıqlarına görə klubdan ayrılacağı iddia edilirdi.