Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Antonio Kontenin “Napoli”də qalmaq perspektivi ilə bağlı şayiələr səngimir.
"Football-plus.az" xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis baş məşqçi ilə təcili görüş keçirməyi lazım bilib. “Corriere dello Sport”un məlumatına görə, De Laurentis mütəxəssislə əvvəlcə mövsümün sonunda müzakirələr aparmağı planlaşdırsa da, bu görüşün gələn həftə baş tutmasına qərar verilib. Görüşdə həmçinin idman direktoru Covanni Manna və baş direktor Andrea Kyavelli də iştirak edəcəklər.
Qeyd edək ki, bir müddət əvvəl klub rəhbərinin qərarı ilə baş məşqçinin komandanı tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. İtaliyalı mütəxəssisin “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.