Konte Poçettinoya rəqib oldu: “Mançester Yunayted” uğrunda mübarizə qızışır

11.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi postuna təyin olunmaq üçün hərəkətə keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Fransanın “Foot Mercato” nəşri jurnalist Santi Aounaya istinadən məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssis bu mübarizədə mövqeyini gücləndirmək üçün tanınmış futbol agenti Pini Zahavinin xidmətindən yararlanıb. Zahavi məhz “Mançester Yunayted”in baş məşqçisi postu ilə bağlı danışıqlarda Konteyə kömək edəcək.

Hazırda komandanın baş məşqçi postuna əsas namizəd argentinalı çalışdırıcısı Maurisio Poçettino hesab olunur. Bununla belə, Konte də namizədlər siyahısında yer alır.

Qeyd edək ki, “Mançester Yunayted”in hazırkı baş məşqçisi Maykl Karrikin vəzifəsindən ayrılması gözlənilir. Klub rəhbərliyinin yaxın günlərdə bu məsələ ilə bağlı qərar verəcəyi bildirilir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью