Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Napoli”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunöncəsi təşkil olunan mətbuat konfransında matçla bağlı bunları deyib:
“Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü “Atalanta” ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm.
Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq. Sabah Maradonanın vəfatının ildönümüdür. Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı. “Qarabağ”ın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Komandada keyfiyyətli çoxlu legionerlər var. “Qarabağ”a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.
Sabah keçiriləcək “Napoli” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.