Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər

16.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər

Antonio Konte yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

QOL.az xəbər verir ki, bu haqda “Corriere della Sera”nın məlumat yayıb.

57 yaşlı italiyalı mütəxəssis “Mançester Yunayted”də Maykl Karriklə yollar ayrılacağı təqdirdə klub rəhbərliyinin əsas namizədlərindən biridir.

“Mançester Yunayted”in mövsümə uğursuz başlamasından sonra rəhbərlik baş məşqçi postunda dəyişiklik ehtimalını nəzərdən keçirir. Karrik vəzifəsini tərk edərsə, Konte onun yerinə əsas namizəd ola bilər.

Hazırda klubsuz olan italiyalı mütəxəssis bu ilin yayında “Napoli” ilə əməkdaşlığını vaxtından əvvəl başa vurub. O, yeni işə qayıtmağa tələsmir və ambisiyalarına uyğun layihə gözləyir.

Konte daha əvvəl İngiltərədə çalışıb. O, 2016-2018-ci illərdə “Çelsi”yə rəhbərlik edib və 2016/17 mövsümündə London klubunu Premyer Liqanın çempionu edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью