Könül Həmzəyeva axtarışa verildi

10.03.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva  barəsində cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью