Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Könül Kərimova gənc ifaçılara göstərdiyi dəstəkdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” proqramında qonaq olarkən söz açıb. O, gənclərə dəfələrlə dəstək olduğunu, hətta mahnılarını onlara təmənnasız verdiyini bildirib. Müğənni bəzi ifaçıların zamanla bu dəstəyi unutmasından təəssüfləndiyini söyləyib:
“Düzgün səmtdə deyillər. Gənclərə məndən çox dəstək olan olmayıb. Bir məqam gəlir, görürsən, yox. Çox heyif ki, unudurlar. Bir az etik qaydalar var. Nəsə edəndə qarşılıq ummuram, amma balaca diqqət istəyirəm. Gənclərə mahnılarımı da vermişəm. Bəzən şairələr narazılıq edir. Onlara da xahiş etmişəm ki, dəstək olaq. Özümə borc bilirəm. Onlar isə bəzən yanlış yanaşırlar”.