Könül Mehdiyeva “Roma” “Lion” oyununun UEFA nümayəndəsi olacaq İdman və Biz

10.11.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью