Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva deyib.
O bildirib ki, media informasiya daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin dil və ünsiyyət mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan jurnalistlərin söz seçimində, ifadə tərzində və terminlərdən istifadədə ədəbi dilin normalarına həssas yanaşmaları xüsusi əhəmiyyət daşıyır.
Könül Niftəliyeva rəqəmsal kommunikasiya və qloballaşma şəraitində Azərbaycan dilinə xarici dillərdən sözlərin daxil olmasının təbii proses olduğunu, lakin alınma sözlərdən yalnız zərurət yarandıqda istifadə edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, yeni terminlərin Azərbaycan dilində qarşılığının yaradılması və ictimai dövriyyəyə daxil edilməsi dil mütəxəssisləri ilə yanaşı, medianın da qarşısında duran mühüm vəzifələrdəndir.
«Media yalnız informasiya vermir, həm də cəmiyyətə necə danışmağı öyrədir. Bu səbəbdən jurnalistin nitq mədəniyyəti, düzgün tələffüzü, zəngin söz ehtiyatı və məsuliyyətli söz seçimi müstəsna əhəmiyyət daşıyır», – deyə o qeyd edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Azərbaycan dilinin yad sözlərdən və lazımsız alınmalardan qorunması ilə bağlı çağırışını da xatırladıb.
Könül Niftəliyeva dövlət başçısının bu çağırışını rəhbər tutaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində media nümayəndələrinin fəaliyyətini gücləndirməsinin vacibliyini vurğulayıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. O bildirib ki, media informasiya daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin dil və ünsiyyət mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan jurnalistlərin söz seçimində, ifadə tərzində və terminlərdən istifadədə ədəbi dilin normalarına həssas yanaşmaları xüsusi əhəmiyyət daşıyır.