Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

24.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Newscenter.az xəbər verir ki, deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, C.Naxçıvanski 61, 67, 69, R.Rüstəmov 58, 62, T.Abbasov 37A və 39 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.

Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью