Könül Xasıyeva illər əvvəl Şəkiyə köçməsinin səbəbini AÇIQLADI VİDEO

19.11.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Könül Xasıyeva konsertlərlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, K. Xasıyeva “Xəzər axşamı” verilişində illər əvvəl konsertində dediyi “Bir də səhnəyə çıxmayacam” açıqlamasına aydınlıq gətirib:
“O konserti verəndə çox xəstə idim. Narahat idim, bilmirdim o konserti verməyə gücüm yetəcək, ya yox?
Həmin konsertdən sonra rayona getdim, gördüm ki, atam-anam qocalıb, özüm də narahatam. İki il Şəkidə yaşadım, valideynlərimi itirdikdən sonra Bakıya qayıtdım. Gördüm ki, mümkünü yoxdur, həkimlər də buradadır. Bu gün Heydər Əliyev adına möhtəşəm, böyük Sarayda 2000 nəfərin qarşısında çıxış etmək çox çətindir”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью