Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Xalq artisti Könül Xasıyeva illər sonra ilk dəfə canlı efirdə qarmon ifa edib.
"Yeni Sabah" xəbər verir ki, ifaçı "Xəzər axşamı" verilişində yeni və son konsertindən söz açıb:
"Bir dəfə də belə demişdim, lakin onda vəziyyəti doğrudan da pis idi. Bunu da hər kəs bilirdi. Konsertdən sonra rayona köçdüm. 2 il orada qaldım, amma valideynlərim vəfat edəndən sonra qayıtdım. İndi böyük bir sarayda, 2 min nəfərin qarşısında çıxış etmək çox çətindir. Bu sonuncu konsertim olacaq".
Könül Xasıyevanın "Dilbərim" adlı sonuncu konserti dekabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.