Könül Xasıyeva “pub”da səhnəyə çıxdı Görüntülər yayıldı

18.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Könül Xasıyevanın Bakıda yerləşən "pub"lardan birində səhnəyə çıxması müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, xanəndənin həmin məkanda muğam ifa etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar izləyicilər arasında birmənalı qarşılanmayıb. Paylaşılan videolara çoxsaylı rəylər yazılıb: ShopByBro

“Sizin digər muğam ifaçıları kimi uşaqlara gənclərə muğamın sirlərini öyrədərkən görmək istərdik. Lütlərin çıxdığı bir məkanda sərxoşların əyləndiyi bir məkanda çıxış etməyi sizə heç yaraşdırmadıq...”, “Könül xanımın orda nə işini var axı?”, “belə sənətkarı belə məkanda oxumağı nə vadar edir axı?..”

Qeyd edək ki, həmin "pub"da ara müğənnilər tez-tez səhnə alır. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью